GLASSI MMC

GLASSI MMC

Çilpaq və natürmort

1931-ci ildə görkəmli ispan rəssamı Pikasso tərəfindən yaradılan, "Çilpaq və natürmort" adlı əsərinin şüşədən hazırlanmış metamorfozunu sizə təqdim edirik

1931-ci ildə görkəmli ispan rəssamı Pikasso tərəfindən yaradılan, " Çilpaq və natürmort" adlı əsərinin şüşədən hazırlanmış metamorfozunu sizə təqdim edirik.

Bu iş,orijinal əsəri, olduğu kimi saxlayır və müəllifin yaratdığı gözəl rəng çalarlarını özündə əks etdirir. Təkrarolunmaz dahi ustanın rəsm əsərinin şüşədən şəkilə çevrilməsi, yenidən onun yaradıcılığına yeni və qeyri-adi üslubda toxunmağa imkan yaradır. Bu, tamam başqa bir rakursdan olan yanaşmadır. Hazırlanma üsulunun çətinliyi və məxfiliyi, bu kompozisiyanın məhz bu üsulla təkrar hazırlanma cəhdini yoxa endirir. Bu səbəbdən də, əl işi öz xüsusi ekskluzivliyi və orijinallığı ilə seçilir. 

Müasir Texnologiyaların inkişafı incəsənət əsərlərində süni yaradılmış sintetik tərkibli boya və qumaş vasitələrin geniş istifadəsinə gətirib çıxarıb. Məhz buna görədə, bu cür materillardan yaradılmış şəkillər, yalnız təbii komponentlərlə işləyən keçmiş nəsillərin əl işlərindən əhəmiyyətli dərəcədə fərqlənir. "Glassi" ( www.glassi.az ) cəmiyyət tərəfindən yaradılan rəsm əsəri də, analoqu kimi təbii materiallardan hazırlandığına görə əsəri əbədi və tamamilə sağlamlığa zərərsiz edir.

​Şəkildə 01-3,5mm. ölçülərində rəngarəng şüşə hissəciklərindən istifadə olunmuşdur. İş prosesində heçbir bərkidici vasitədən istifadə olunmayıb. Şəkilin hazırlanmasında 180 000-ə qədər hissəcikdən istifadə edilib. Bununla belə hazırlanma müddəti 3 ay (86 gün) və ya 1376 saat əl əməyinə başa gəlib. Hazırlanma tarixi 2015-cü ildir.

Qalereya