GLASSI MMC

GLASSI MMC

Allah birdir və dünyada bütün insanlar bir birinə - bacı və qardaşdır

Bu sənət əsərinin süjeti dərin fəlsəfi mənaya malikdir. Mövzunun əsas ideyası: Yer üzərində yaşayan biz insanlar, milliyyətindən, dini təriqətindən, irqindən, mədəni ənənələrindən asılı olmayaraq, Kainatda kosmik yaşayış səviyyəsində bir-birimizlə bağlıyıq.

Bu sənət əsərinin süjeti dərin fəlsəfi mənaya malikdir. Mövzunun əsas ideyası: Yer üzərində yaşayan biz insanlar,  milliyyətindən, dini təriqətindən, irqindən, mədəni ənənələrindən asılı olmayaraq, Kainatda kosmik yaşayış səviyyəsində bir-birimizlə bağlıyıq. Yer üzərində biz biri-birimizdən fərqlənirik. Lakin, əgər İlahi qüvvənin mövcudluğunu, onun əzəmətini dərk etsək, insanlığın vahid halda birliyini anlayırıq.
Rəsm əsərin süjetində bütün mövcud dini istiqamətlər təsvir olunmuşdur. Müxtəlifliyinə baxmayaraq, hər bir dinin əsasını ətraf aləmə, Kainatda olan hər bir canlıya olan mərhəmət, humanizm təşkil edir. Əsərin mövzusu müasir dövrümüzdə çox aktual və unikaldır. Məhz müqəddəs kitabları ilkin variantda mütaliə edib, onları elmi nöqteyi-nəzərdən dərk etdikdən sonra mənəvi rahatlığa nail olunması, ətraf aləmə mərhəmət və humanizm kimi insani hisslərin aşılanması mümkündür.  İnam insanda qüvvə və əminlik yaradır. Bu unikal əsərdir,  dünyanın ən gözəl müasir rəsm əsərlərindən biridir.  Əsər bütövlükdə yüksək keyfiyyət və incə zövqlə yaradılmışdır. Dizaynı da gözü sevindirəndir. Şüşədən hazırlamnış bu sənət əsərində insanların tam, bütöv halda birləşməsi ideyası məqsədi daşıyır.