GLASSI MMC

GLASSI MMC

"Kainatın sirri" mövzusunda rəsm əsəri

"Kainatın sirri" mövzusunda rəsm əsəri «Bulvar» mehmanxanasında yerləşdirilib

Uzaq və sirli kainat qədim dövrlərdən bəşəriyyəti narahat edir, həmçinin bizim planetdə və onun sərhədlərindən kənarda həyatın olması barədə düşünməyə vadar edir. Təqdim olunmuş şəkilə hər kəsin özünə görə baxış istiqaməti var: kimi göydə açıq gecə səmasını görür, kimisi isə - kainatın gücünü və sonsuzluğunu, başqa birisi isə ucsuz-bucaqsız kainatda olan ulduzları görür. Təqdim olunmuş şəkil mövzusunun dərinliyi ilə insanı cəlb edir və sanki hərkəsi enerjiylə təmin edib öz güclərinə inanmağa vadar edir.

Bu əsər, müəllifin digər əsərlərindən onunla fərqlənir ki, burada rəsmin süjetinə baxarkən, görüsən həm süjeti, həm də onun arxasındadır yerləşən predmetləri. Rəsmin bütün tərəfləri eyni olduğundan, əsərin süjeti onu saatın həm istiqaməti, həm də əks istiqamətində çevirməyə imkan verir. Hər dəfə gözümüzün önündə biri digərindən fərqlənən süjet canlanır.

Hazırlanma üsulunun çətinliyi və məxfiyi, bu kompozisiyanın məhz bu üsulla təkrar hazırlanma cəhdini yoxa endirir.

"Kainatın Sirri" əsərində 1mm.-dən 3,5mm.-ə qədər rəngli şüşə qırıntılarından istifadə olunmuşdur. İstifadə edilmiş rəngli şüşə qırıntıları ABŞ (94%) və Türkiyə (6%) istehsalıdır. Hazırlanma prosesində heç bir bərkidici və yapışdırıcı vasitələrdən istifadə edilməyib. ​

​Şəkildə 110 000 yaxın şüşə hissəciklərindən istifadə olunub. Əsərin hazırlanma müddəti 5 aya yaxın və ya 2272 saat əl əməyinə başa gəlmişdir. "Kainatın Sirri" mövzusunda olan rəsm əsəri 2016-cı ildə hazırlanmışdır.